Ru
21:17 / 04 Oktyabr 2024

Stoltenberq: Ukrayna itirilmiş ərazilərdən imtina edə bilər

718
Ukrayna Rusiya ilə münaqişədə itirdiyi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər.

Bakupost.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Financial Times-a müsahibəsində buna eyham vurub.

"Finlandiya 1939-cu ildə Sovet İttifaqına qarşı cəsarətlə vuruşdu. Finlər Qırmızı Orduya gözlənildiyindən qat-qat artıq ziyan vurdular. Müharibə onların ərazilərinin 10%-ni itirməsi ilə başa çatdı. Bununla belə, onlar təhlükəsiz sərhəd əldə etdilər", - deyə Stoltenberq "Moskva və Kiyev arasında sülh danışıqlarından söhbət getsə, Ukrayna prezidenti Vladimir Zelenskiyə nə təklif edərsiz" sualına cavab olaraq bildirib.

Alyansın keçmiş rəhbərinin sözlərinə görə, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra bu istiqamətdə irəliləyiş mümkündür.

“Seçkilərdən sonra situasiyanı dəyişmək üçün yeni təkan, yeni cəhd ola bilər, amma mən düşünmürəm ki, söhbət ağ bayraq qaldırmaq və təslim olmaqdan gedəcək. Bu, döyüş meydanında vəziyyəti dəyişmək, eyni zamanda danışıqlar masası arxasında hərəkəti təmin etmək ola bilər. Ddanışıqlara başlamaq qərarı Ukraynadan asılıdır, lakin biz onların ruslarla danışıqlar masasına oturub məqbul bir şey, onlara müstəqil dövlət olaraq qalmağa imkan verəcək bir şey əldə edə bilmələri üçün şərait yaratmalıyıq.”, - norveçli siyasətçi bildirib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar