Ru
18:10 / 13 Fevral 2025

Stomatoloqlar kütləvi şəkildə işdən çıxırlar

Stomatoloqlar kütləvi şəkildə işdən çıxırlar
931

Britaniyada stomatoloqlar gəlirlərinin aşağı olması səbəbindən bu sahəni kütləvi şəkildə tərk edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə "Qardian" bildirib.

Britaniya Diş Həkimləri Assosiasiyası (BDA) xəbərdarlıq edib ki, stomatoloqların getdikcə bu sahədən daha çox uzaqlaşması xəstələr üçün müalicənin əlçatanlığını pisləşdirə bilər.

Məsələ burasındadır ki, stamotoloqların xidməti müqabilində ödənən pul onların xərclərinə belə yetmir.

Məlumatlara görə, İngiltərədəki diş klinikaları "xeyriyyə təşkilatı kimi fəaliyyət göstərməyə" məcbur edilir. Məsələn, klinikalar protezlərin quraşdırılması üçün hər prosedura görə 42, yeni xəstənin müayinəsi zamanı isə 7 funt sterlinq itirirlər. Oxşar itkilər kanal müalicəsi və ya diş çıxarılması kimi mürəkkəb prosedurlar zamanı da qeydə alınır.

Səhiyyə naziri Ues Stritinq "pulsuz stomatologiya yox olmaq ərəfəsindədir" demiş və islahatlar vəd etmişdi. Bununla belə, Diş Həkimləri Assosiasiyası bildirir ki, Leyboristlər keçən il hakimiyyətə gəldikdən sonra problemin həllində heç bir irəliləyiş yoxdur.

Əvvəllər 7 il diş həkiminə gedə bilməyən britaniyalı qadın öz dişlərini çəkməyə məcbur olmuşdu.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar