Ru
23:07 / 13 Mart 2025

Sudjada itkin düşən 154 nəfər tapıldı

Sudjada itkin düşən 154 nəfər tapıldı
Eye

Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətinin Sudja rayonunda itkin düşmüş hesab edilən 154 nəfəri axtarışda olan şəxslər siyahısından çıxarmağa hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk TASS-a bildirib.

O deyib ki, həmin insanlar sağdır.

“Həmkarlarım Rusiya hərbçiləri tərəfindən azad edilmiş yaşayış məntəqələrindən gələn Kursk vilayətinin Sudja rayonunun sakinlərinə hərtərəfli yardım göstərirlər”, - Volk bildirib.

O, əlavə edib ki, onların bir çoxu qohumları ilə əlaqəsini itirənlərin reyestrində qeyd olunub. Artıq onların axtarışda olanlar siyahısından çıxarılması üçün sənədlər hazırdır. Polis məmurları insanlara yaxınları ilə əlaqə saxlamağa köməklik edir.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar