Ru
18:33 / 16 Aprel 2025

Südlü dənizlər.... - 400 illik sirrin izləri tapıldı

 Südlü dənizlər.... -  400 illik sirrin izləri tapıldı
Eye

ABŞ alimləri əsrarəngiz “südlü dəniz” fenomeninə dair elmi anlayışı genişləndirmək üçün 17-ci əsrdən bu günə qədər toplanmış 400 illik dənizçi müşahidələrini müasir peyk məlumatları ilə birləşdirən unikal bir baza yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə Euronews bildirib.

“Südlü dənizlər” nadir hallarda meydana gələn, okean sularının gecə parlayan geniç sahələri – biolüminesensiyanın (canlı orqanizmlərin işıq saçması) qeyri-adi formasıdır. Bakterial fəaliyyət, xüsusilə Vibrio harveyi adlı mikroorqanizm, bu hadisənin əsas səbəbi hesab olunur. Lakin fenomenin nadir və əlçatmaz bölgələrdə baş verməsi səbəbindən elmi nümunələrin toplanması indiyə qədər çətin olub.

Yeni məlumat bazası göstərir ki, südlü dənizlər əsasən, Hind okeanında, xüsusilə Somali və Yəmənin Sokotra adası ətrafında yaranır. Bu hadisələr çox vaxt El Nino və Hind Okeanı Dipolu kimi iqlim dəyişiklikləri ilə üst-üstə düşür.

Colorado Dövlət Universitetindən alimlər bu fenomenin qlobal karbon dövriyyəsində və okean ekosistemlərində hansı rolu oynadığını araşdırmaq niyyətindədir. "Südlü dəniz"lərin sağlam və ya pozulmuş ekosistemlərə işarə olub-olmadığı hələ ki, məlum deyil.

Cavidan,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar