Ru
11:33 / 14 Mart 2025

Süleyman Rəhimovun yubileyi qeyd olunacaq

Süleyman Rəhimovun yubileyi qeyd olunacaq
Eye

Martın 15-də “Qanun” nəşriyyatında Xalq yazıçısı Süleyman Rəhimovun 125 illik yubileyi qeyd olunacaq.

Bakupost.az xəbər verir ki, tədbirdə tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri, eyni zamanda yazıçının qohumları və yaxınları iştirak edəcək

Yubiley çərçivəsində yazıçının yenidən çap olunmuş “Mehman” povesti oxuculara təqdim olunacaq.

Xatırladaq ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası yerli müəlliflərin kitablarını mütəmadi çap etməklə yanaşı, həm də onların təqdimat mərasimini keçirir. Bundan əvvəl Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi münasibəti ilə onun “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabı nəşr və təqdim olunmuşdu.

Növbəti tədbir bu ilin mayında Rəsul Rzanın 115 illiyə ilə bağlı keçiriləcək. Şairin “Azərbaycan poeziyası” seriyasından “Seçmə şeirlər” kitabı buraxılacaq və yubiley tədbirində təqdim olunacaq.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar