Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:51 / 18 Oktyabr 2024

"Sülh imzalanan kimi NATO Ermənistanda baza quracaqdı" - Politoloq

958
“İsveçrə parlamentinin aşağı palatasının Qarabağ ermənilərinin qayıdışı ilə bağlı 1 ildən gec olmayaraq konfrans keçirilməsi ilə bağlı bu ölkənin hökumətinə müraciəti Azərbaycanın daxili işlərinə qarışmaqdır. Maraqlısı budur ki, İsveçrə dünyada neytral dövlət kimi tanınır və beynəlxalq siyasətə demək olar ki, qarışmır. Belə çıxır ki, bu dəfəki bəyanatlar deputatların özfəaliyyəti deyil, sifarişdir. Sifarişi isə bəlli mərkəzlər edib”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

Onun fikrincə, görünən odur ki, sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq ölkəmizə, qarşı Qarabağ erməniləri kartından mütləq istifadə ediləcək:

“Qərb, əvvəlcə, rəsmi Bakı ilə maskalanmış formada danışaraq sülh müqaviləsini imzalamağımız üçün min bir cildə girdi, bunun alınmayacağını görəndə, digər mövzulara yaşıl işıq yandırdılar. İki plan var idi. Sülh müqaviləsini imzalayandan sonra NATO bazasını Ermənistanda yerləşdirmək, ermənilərin qayıdışını qabartmaq. Bu alınmadı deyə, ikinci plana keçərək erməni məsələsi ilə bağlı birbaşa danışmağa başladılar”.

Politoloq qeyd edib ki, qarşıdakı ildə Ukraynada müharibənin bitmə ehtimalının böyük olduğunu nəzərə alsaq, regional və qlobal güclərin ortaq məxrəcə gələcəkləri təqdirdə, hər iki istiqamətin Ermənistana dəstək ehtimalı böyük olacaq:

“Nə qədər ki, bugünkü "düşmənlər"birləşməyib, biz tarixi hədəflərimizə çatmalı, Ermənistanın boyunun uzanmasına imkan verməməliyik”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar