“Ermənistanın Hindistandan idxal etdiyi artilleriya və raket sistemləri, öz hərbi arsenalını gücləndirməsi Azərbaycanla danışıqlara heç bir təsir edə bilməz. Ola bilsin ki, İrəvanada hesab edərlər ki, silahların alınması Azərbaycana bir mesajdır və danışıqlarda paritet yarana bilər. Rəsmi İrəvan başa düşür ki, Azərbaycan ordusu həm texnika, həm döyüş qabiliyyəti, həm də say tərkibi baxımından Ermənistandan qat-qat güclüdür. Ermənistan tərəfinin bir neçə silah partiyası alması onun danışıqlarda üstünlük əldə etməsinə gətirib çıxmayacaq”.
Bu fikirləri
Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanla sərhəddə delimitasiya işləri aparılır. Proseslər dinc və qarşılıqlı anlaşma müstəvisində davam edir:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ikitərəfli danışıqlar mustəvisində konfidensial şəkildə bağlanması istisna deyil. Üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını almaq üçün bu addıma gediilə bilər. Azərbaycanla Ermənistan qarşılıqlı olaraq bir-birlərinə qarşı ərazi iddialarında geri çəkiləcək. Ermənistan Qərbi Azərbaycan ifadəsinə görə təşviş keçirir. Ona görə də onun Mustəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarıni çıxarması və Qarabağa qayıdış məsələsini tam bağlaması gözlənilir. Ümumiyyətlə, Paşinyan hökuməti Qarabağdan köçən ermənilərə Ermənistan vətəndaşıliğı, pasport verir. Bundan sonra, Azərbaycan da Ermənistanla bağlı siyasi müzakirələrədə müəyyən anlayışlardan istifadə etməyə bilər”.
Sevinc,
BakuPost