Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:59 / 25 Oktyabr 2024

"Sülh müqaviləsi yarımçıq olmamalıdır" - Millət vəkili

655
"Ermənistan rəsmilərinin sülh müqaviləsi deyərkən nəyi nəzərdə tutması aydın deyil. Sülh müqaviləsinin müəyyən baza prinsipləri üzrə razılaşmalar var. Onlar baza prinsiplərinin adını sülh müqaviləsi qoyub imzalamaq istəyirlər, amma bu, sülh demək deyil. Ermənistan iddialarından hüquqi baxımdan əl çəkmədikcə bütün deyilən sözlər ictimaiyyəti aldatmaqdır".





Bakupost.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi baxımdan sərfəlidir. Azərbaycan da Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır, ancaq bu, yarımçıq olmamalıdır. Buna görə də, rəsmi Bakı mütəmadi olaraq Ermənistan sülh sazişi ilə bağlı təkliflərini göndərir:

“Ermənistan rəsmiləri dövlətçiliklərinin varlığını xarici dayaqlarda görürlər. İndi mövcud Paşinyan hakimiyyətinə ABŞ, Fransa və digər dövlətlərin dəstəyi ən yüksək həddə çatıb. Ermənistan rəsmiləri bu baxımdan öz dövlətçilik maraqlarından daha çox kənar təsirlərin diktəsi ilə hərəkət etmək məcburiyyətindədirlər. Amma bu, Ermənistana indiyə qədər hər hansı divident qazandırmayıb".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar