Ru
13:29 / 04 Noyabr 2024

Sülh müqaviləsinin mətni hazırdır? - Açıqlama

Sülh müqaviləsinin mətni hazırdır? - Açıqlama
Eye

“Böyük ehtimalla Ermənistan COP29-da iştirak edəcək. Hətta xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı mümkündür. Amma İrəvan tərəfi XİN başçısının konfransda iştirakını o halda mümükün hesab edir ki, Bakıda həbsdə olan erməni diversantlar azad edilsin”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, hazırda Ermənistan COP29 ərəfəsində erməni diversantların azad edilməsini xahiş edir. Bu kimi məsələlər problem yaradır.
Politoloq hesab edir ki, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər:

"Sülh müqaviləsi dövlətlərarası diplomatik əlaqələrin qurulması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, nəqliyyat və kommunikasiya yollarının qarşılıqlı açılması, gələcəkdə bir-birlərinə hücum etməmək kimi əsas tezislərə əsaslanır. Kazanda keçirilən ikitərəfli görüş də sülh üçün yaxşı imkanlar yaratdı. İki saatdan artıq danışıqlar aparıldı. Xarici işlər nazirləri tam mətni yekunlaşdırmaq üçün tapşırıqlar aldılar. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə əsasnamə və reqlament hər iki tərəf tərəfindən təsdiq edildi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni demək olar ki, hazırdır”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar