Ru
15:40 / 13 Mart 2025

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" - Ceyhun Bayramov

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" - Ceyhun Bayramov
Eye

"Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.


"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb.

Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar