Ru
19:28 / 26 Dekabr 2024

"Sülhlə bağlı tələsik qərar vermək doğru deyil" - Rasim Musabəyov

"Sülhlə bağlı tələsik qərar vermək doğru deyil" - Rasim Musabəyov
Eye


“Azərbaycan addım-addım öz məqsədlərinə çatır. Amma bütün bunlara baxmayaraq, sülhlə bağlı tez-tələsik qərar vermək doğru deyil. Əlbəttə, razılaşmasını əldə etmək mümkündür. Bunun üçün sadəcə, Azərbaycanın sülhlə bağlı konkret tələbləri yerinə yetirilməlidir. 2025-ci ildə sülh sazişinin imzalanacağı ehtimalı böyükdür”.

Bunu Bakupost.az -a politoloq Rasim Musabəyov deyib.


O qeyd edib ki, Azərbaycanın əsas istəyi öz maraqlarının təmin olunması ilə bağlıdır:

"Ermənistandan Bakının istəyi Zəngəzur dəhlizinin açılmasıdır. Sərhədlərin dəqiqləşməsi isə uzun müddət davam edə bilər. Gürcüstanla Azərbaycan arasında sərhəd məsələsi hələ tam həll edilməyib. Rusiya ilə bu məsələ 10 ilə həll olundu. Ona görə də prosesi addım-addım irəliyə aparmaq lazımdır. Zəngəzur dəhlizinin açılması hər kəsə sərf edir. Hazırda Azərbaycan dəhlizin tikintisi ilə bağlı öz ərazisində vacib işləri görür və 2025-ci ilin axırına kimi öz sərhədimizə qədər dəhlizin tikinti işləri başa çatacaq”.

Sevinc, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar