Ru
15:36 / 19 Fevral 2025

"Sülhü Vaşinqton və Moskva əldə edəcək, Kiyev də ona qoşulacaq" - AÇIQLAMA

"Sülhü Vaşinqton və Moskva əldə edəcək, Kiyev də ona qoşulacaq" - AÇIQLAMA
Eye

Rusiya Ukrayna müharibəsinin dayandırılması şərtləri ilə bağlı əsas razılaşmalar əsasən, Vaşinqton və Moskva arasında aparılır. Rusiya hərbi-strateji baxımdan cəbhədə aşkar üstünlüyə malik ölkə kimi göründüyü üçün razılaşdırmalarda da onun söz üstünlüyü nəzərə çarpır”.

Bunu Bakupost.az -a politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Ukrayna üçün prezident Zelenskinin tərtib etdiyi sülh planı işləmir və işləməyəcək. Yeni sülh planı isə Vaşinqton və Moskva arasında dialoq yolu ilə hazırlanacaq. Gələcəkdə isə Kiyev də ona qoşulacaq:

“Bu münaqişənin həlli dünya siyasətində təsir dairələrinin yenidən bölüşdürülməsi və Avropanın yenidən təşkili üçün yalnız bir şərtdir. Bu, artıq Rusiya və Ukrayna məsələsi deyil, Avropa siyasətinin yenidən formatlaşdırılmasıdır”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar