Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində 14-ü uşaq olmaqla 74 nəfər yaralanıb.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Sumı Şəhər Şurası məlumat yayıb.
Sumı Regional Prokurorluğundan verilən məlumata görə, bu gün saat 14:00 radələrində düşmən Sumıda əhalinin sıx məskunlaşdığı əraziyə raket zərbəsi endirib.
Hücum nəticəsində çoxlu sayda yaşayış binası və təhsil müəssisəsi zərər görüb.
Zaur,BakuPost