Ru
19:53 / 10 Mart 2025

“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi

“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi
Eye

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Bakupost.az xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində hər iki qolu Roy Kehat vurub. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.

Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar