Ru
22:19 / 25 İyul 2024

“Sumqayıt” Macarıstan klubuna məğlub oldu

2019
“Sumqayıt” komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bakupost.az xəbər verir ki, “kimyaçılar” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 20-ci dəqiqədə “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə açsa da, rəqibin heyətində 39-cu dəqiqədə Tobias Kristensen və 52-ci dəqiqədə Csaba Spandler fərqlənərək qələbəni gətiriblər.

Komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar