Ru
23:11 / 07 Dekabr 2024

Sumqayıt Tibb Mərkəzi: Xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır

Sumqayıt Tibb Mərkəzi: Xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır
3172

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında davam etdirilir.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxsin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə həkimlərin səylərinə baxmayaraq, 07.12.2024-cü il tarixində saat 20:40 radələrində ölüm faktı qeydə alınıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar