Ru
11:30 / 17 Fevral 2025

Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanıldı

Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanıldı
862

Sumqayıt şəhəri və Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Bakupost.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M. Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar