Sumqayıtda 65 yaşlı qadın müalicə aldığı xəstəxanada ölüb.
Bakupost.az xəbər verir ki, hadisə Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Nübar Aslan qızı Qasımova 1 aydır müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.