Sumqayıtda it dişləyən uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Bu barədə
Bakupost.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
“Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün Sumqayıtda bağçadan çıxan uşaqlar itlərin hücumuna məruz qalıblar.