Sosial şəbəkələrdə yayılan məlumatlara görə Sumqayıt şəhərində 20-ci və 21-ci məhəllələr köhnə evlər söküləcək.
Bakupost.az xəbər verir ki, söküntü prosesinə gələn ilin mart ayında başlanılacağı bildirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev
Bakupost.az -a açıqlamasında məlumatı qismən təsdiqləyib.
O, binaların söküləcəyini bildirsə də, bunun nə vaxt həyata keçiriləcəyindən məlumatsız olduğunu bildirib:
“Sumqayıtda istismar müddəti başa çatmış binaların sökülərək yerində yeni binaların tikilməsi planlaşdırılır. Ancaq həmin binaların mart ayından söküləcəyi ilə bağlı bizdə hələlik məlumat yoxdur. Hazırda isə bir neçə məhəllədə bu prosesə başlanılıb və davam etdirilir. Məsələn, hazırda 4-cü məhəllədə istismar müddəti başa çatan binaların söküntüsünə , 17-ci məhəllədə isə 2 mərtəbəli taxta evlərin sökülməsi prosesinə başlanılıb”.
Lalə Novruz, BakuPost