Ru
23:12 / 19 Aprel 2025

Sumqayıtda ticarət mərkəzi yanır - YENİLƏNİB

Sumqayıtda ticarət mərkəzi yanır - YENİLƏNİB
Eye

22.55
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bakupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.
***
FHN-dən verilən məlumata görə, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirlib ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar