Ru
23:50 / 24 Sentyabr 2024

Sumqayıtda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi -YENİLƏNDİ

468

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.


Bakupost.az ”Report”a istinadla məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

***
Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar