Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir".
Bakupost.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.
"Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.
Qeyd edək ki, bina 6 girişdən ibarətdir. Üç girişdə sakinlərin məskunlaşması artıq təmin olunub".
Xatırladaq ki, dekabrın 3-də Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.