Ru
10:06 / 03 Dekabr 2024

“Sumqayıt”ın prezidenti jurnalistləri məhkəməyə verdi - Prosesin vaxtı məlum oldu

“Sumqayıt”ın prezidenti jurnalistləri məhkəməyə verdi - Prosesin vaxtı məlum oldu
Eye

"Sumqayıt" Futbol Klubunun rəhbəri Riad Rəfiyev jurnalist İxtiyar Əsgərov (Matç.az saytının rəhbəri-red.) və Sports.az saytı barədə Cinayət Məcəlləsinin 1471-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə məhkəməyə müraciət edib.

Bakupost.az Modern.az -a istinadən xəbər verir ki, məlumatına görə, işə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

İş üzrə hazırlıq iclası 9 dekabr saat 15:00-a təyin olunub.

Qeyd edək ki, həmin maddə üzrə təqsirləndirilən şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar