Avropa süni intellekt startaplarına yatırımlar 2025-ci ilin I rübündə 55% artaraq 3.4 milyard dolları (təxminən 3 milyard avro) keçib.
Bakupost.az Euronews-ə istinadən xəbər verir ki, bu artım, süni intellektin infrastruktur, məlumat əldə etmə və bacarıqlar sahələrində özünü "Süni intellekt qitəsi" kimi gücləndirmək üçün başladığı yeni təşəbbüslə bağlıdır.
Ümumi Avropa texnologiya səhmlərində 10% azalma olsa da, süni intellekt sahəsi bu meyli pozur və sərmayəçilər səhiyyə texnologiyaları, süni intellekt mediası, kibertəhlükəsizlik və robot texnikası kimi sahələrə investisiya yatırırlar. Süni intellekt agentlərinə maraq da artıb, yeni alətlərə 52 milyon dollar (45 milyon avro) sərmayə yatırılıb.
Böyük Britaniya Avropada süni intellektə ən çox sərmayə yatıran ölkə olub. Bu ölkədə süni intellektə 1.6 milyard dollar (1.4 milyard avro) ayrılıb. Almaniya isə illik 74% artım göstərib. Fransada isə 18% azalma müşahidə olunub.
Qeyd olunur ki, bu sahə üçün də geosiyasi risklər mövcuddur: ABŞ Prezidenti Donald Trumpın ticarət tarifləri (xüsusilə yarımkeçiricilərə tətbiq edilənlər) artım riskini gücləndirir. Elektron cihazlara olan müvəqqəti güzəştlər bazarı rahatlatsa da, sünii intellekt komponentlərinə tətbiq edilə biləcək tariflər böyüməyə təsir göstərə bilər.
Cavidan Salmanov, BakuPost