Ru
11:21 / 13 Fevral 2025

Suraxanıda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb - FOTOLAR

Suraxanıda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb - FOTOLAR
1257

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə fəaliyyət planına uyğun olaraq qarşıya qoyulan tapşırıqların icra müddəti ərzində vaxtında yerinə yetilməsi məqsədilə heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı rayonunun inzibati ərazisində heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri həyata keçirilmişdir.

Nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişlərinin, Suraxanı Rayon İcra Hakimiyyəti və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Suraxanı rayonu, ərazisində fəaliyyət göstərən, ət satışı məntəqələrində qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması istiqamətində Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, bir sıra kəsim qurğuları Suraxanı MKTB-nin əməkdaşları tərəfindən sökülüb. Qanunsuz fəaliyyət göstərən şəxslər barədə inzibati protokollar tərtib olunub. Məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib.

Agentlik və Rayon İcra Hakimiyyəti bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanuna zidd fəaliyyətdən yayınmağa çağırır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar