Ru
18:08 / 26 Noyabr 2024

Suraxanıda yaşayış binası yanır: 33 nəfər təxliyə olundu

Suraxanıda yaşayış binası yanır: 33 nəfər təxliyə olundu
Eye

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Bakupost.az FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar