Ru
15:03 / 09 Dekabr 2024

Suriya hökumətilə dialoqa hazırıq - İrandan gözlənilməz açıqlama

Suriya hökumətilə dialoqa hazırıq - İrandan gözlənilməz açıqlama
Eye


İranını yüksək rütbəli rəsmisi Suriyadakı müxalif qruplarla Tehran arasında birbaşa əlaqə qurulduğunu bildirib. O qeyd edib ki, İranın yeni qurulacaq hökumətlə dialoqa açıqdır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan İran rəsmisi bunu İngiltərə mətbuatına verdiyi açıqlamada, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra vəziyyəti dəyərləndirərkən deyib.

O, Suriyadakı müxalif qruplarla birbaşa əlaqə qurulduğunu və bunun iki ölkə arasında “düşmənçilik yoluna girilməməsi” məqsədilə edildiyini vurğulayıb.
İran rəsmisi əlavə edib ki, rəsmi Tehran Suriyada yeni qurulacaq hökumətlə dialoqa hazırdır və bu addım, əlaqələri davam etdirmək, bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Hindistan da bütün tərəfləri Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün çalışmağa çağırıb.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar