Ru
19:55 / 29 Yanvar 2025

Suriya Putindən Əsədi tələb edir - ŞƏRH

Suriya Putindən Əsədi tələb edir - ŞƏRH
1231


“Rusiya ən böyük pisliklərdən birini Suriya xalqına edib. Əslində Bəşər Əsəd rejimi 10 il əvvəl devrilməliydi. Suriya xalqı ayağa qalxmış, müxalif silahlılar Dəməşqə yaxınlaşmışdılar. Əsəd təcili Moskvaya getdi, rusiyalı həmkarı Putinə yalvardı, dəstək istədi. Putin əmr verdi, Rusiya təyyarələri müxalif qüvvələrin mövqelərini bombalamağa başladılar, Suriyada ikinci hərbi baza yaratdı, “Vaqner” muzdlularını bu ölkəyə göndərdi”.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə bildirib.

Politoloq Rusiyanın həmin dövrdə Suriyada terrorçu İŞİD-in mövqelərini də bombaladığını, bu bombardmanlar nəticəsində şəhərlərin dağıldığını və mülki insanların həlak olduğunu vurğulayıb:

“Bunlar nəyin naminə baş verdi, onsuz da Bəşər Əsəd devrildi. Rusiya Əsədin üstündən xətt çəkdikdən sonra Dəməşqə nümayəndəsini göndərib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdə Suriyanın yeni lideri Əhməd Şara ilə görüşüb. Dəməşq hələ ki, Rusiyanın Suriyadakı hərbi dəniz limanının fəaliyyətinin əleyhinə deyil, ancaq iki tələbi var. Birincisi, Rusiya Suriyada yaratdığı dağıntılara görə, təzminat ödəməli, ikincisi, Əsəd və onun yaxın ətrafını ekstradisiyasa etməlidir".

Dəməşqin bu tələblərinin haqlı olduğunu vurğulayan Elxan Şahinoğlu Kremlin bu tələbləri yerinə yetirməyəcəyini qeyd edib:

“Təsadüfi deyil ki, Kreml Dəməşqin tələblərinə cavab verməkdən yayınıb. Dəhşətdir, Suriya və Ukraynanı bombalayır, hər iki ölkədə mülki insanları öldürür, Azərbaycana məxsus sərnişin təyyarəsini raketlə vurur, vətəndaşlarımız həlak olur və bütün bunlara görə məsuliyyətdən yayınmağa çalışır”.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar