Suriyada Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması planlaşdırılır.
Bakupost.az APA -ya istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Suriyaya səfərinə dair yayılan məlumatda deyilir.
"Nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş əsnasında qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb", - məlumatda qeyd edilib.