Ru
17:26 / 28 Noyabr 2024

Suriyada İranın daha bir generalı öldürüldü

Suriyada İranın daha bir generalı öldürüldü
Eye


İranın Suriyadakı hərbi müşavirləri korpusunun komandiri, İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Kiyamərd Purhaşimi ölkənin şimalında törədilən terror aktı nəticəsində həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Xəbərə görə, iranlı hərbçi Hələb şəhəri ərazisində olub. SNN iddia edir ki, hücum edənlərin İsraillə əlaqələri olub.

Bundan əvvəl Suriya Silahlı Qüvvələrinin komandanlığı bildirmişdi ki, “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının hücumu noyabrın 27-də şimal deeskalasiya zonasında başlayıb. Suriya hərbi komandanlığı bildirib ki, hücumda çoxlu sayda yaraqlı iştirak edir, cəbhənin bir neçə sektorunda hökumət qüvvələrinin mövqelərinə hücumlar edilir.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar