Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:08 / 16 Dekabr 2024

"Suriyada qalmaq mənasız idi.." - ƏSƏDDƏN İLK AÇIQLAMA

1036
Keçmiş Suriya prezidenti Bəşar Əsəd bildirib ki, "terrorçuların" hakimiyyəti ələ keçirdikdən sonra prezident olaraq Suriyada qalmaq qeyri-mümkün və mənasız idi.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdəki səhifəsində yazıb.

Əsəd qeyd edib ki, onun Rusiyaya təxliyəsi öncəsi ordu çöküb və dövlət qurumları iflic olub.

Yalnız silahlı qrupların Dəməşqə yaxınlaşmasından sonra Suriya prezidenti vəzifəsindən istefa verdiyini bildirən Bəşər Əsəd qeyd edib ki, vətəndaş müharibəsi və sonrakı hadisələr dövründə heç vaxt istefa verməyi və sığınacaq istəmək ehtimalı barədə düşünməyib.

O, iddia edib ki, dekabrın 8-i səhər tezdən silahlı dəstələr paytaxta yaxınlaşanda Dəməşqdə olub. Yalnız həmin gün axşam saatlarında Suriyanı tərk edib.

Qeyd edək ki, bu, onun Ərəb Respublikasında hakimiyyətin dəyişməsindən sonra ilk ictimai açıqlamasıdır.

Bəşər Əsədin mətbuat xidmətinin Telegram kanalında yaydığı bəyanatında deyilir ki, döyüşçülər Dəməşqə daxil olduqdan sonra o, Suriyanın Latakiya vilayətinə (Rusiyanın Xmeymim hava bazası orada yerləşir) gedib. Başqa sözlə, onun paytaxtdan çıxışı "müttəfiq Rusiya ilə razılaşdırılaraq hərbi əməliyyatları izləmək məqsədilə" həyata keçirilib. Axşam saatlarında isə o, Rusiyaya uçub.

Başar Əsədin sözlərinə görə, o, silahlıların Dəməşqi ələ keçirdiyini yalnız şəhərdən getdikdən sonra öyrənib. O, "terrorçular" tərəfindən ələ keçirilən bir ölkədə prezident olaraq qalmağı mənasız hesab edib. Əsəd bildirib ki, Suriyadan ayrılmasına "son hərbi mövqelərin məhv edilməsi və bunun nəticəsində bütün dövlət qurumlarının iflic olması" səbəb olub.

"Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və son döyüşlər gedərkən, bəzi şəxslərin iddia etdiyi kimi, son dəqiqələrdə baş verməyib," — deyə Bəşər Əsəd vurğulayıb.

Bəşər Əsədin atası Hafiz Əsəd 1971-ci ildən, özü isə 2000-ci ildən Suriayda hakimiyyətdə olub.

Reuters mənbələrə istinadən yazıb ki, dekabrın 7-də yola düşməzdən bir neçə saat əvvəl Bəşər Əsəd kəşfiyyat xidmətlərinin və ordunun 30 yüksək rütbəli nümayəndəsi ilə görüşdə onları Rusiya hərbi qüvvələrinin “artıq yolda” olduğuna inandırıb. Eyni zamanda, agentliyin məlumatına görə, həmin gün axşam o, Rusiya aviabazasına yola düşüb. Bloomberg bir neçə adı açıqlanmayan mənbəyə istinadən xəbər verib ki, islamçılar Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və onun ailəsinə “ölkəni dərhal tərk etməyə" razılıq verərlərsə, "təhlükəsiz təxliyə” təklif edib.

Lalə Novruz, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar