Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa yeni hökumətin tərkibini martın 29-da elan edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, yeni kabinet dekabrın 10-dan Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətini əvəz edəcək.
Kanal qeyd edib ki, hökumət əsasən texnokrat nazirlərdən ibarət olacaq. Daxili İşlər, Xarici İşlər və Müdafiə nazirliklərinin hazırkı rəisləri öz vəzifələrini qoruyacaqlar.
Al-Şaraanın özünün Nazirlər Kabinetinə rəhbərlik edəcəyi gözlənilir və martın 13-də qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən, bütün icra hakimiyyəti onun əlində cəmlənib.