Ru
22:10 / 06 Dekabr 2024

"Suriyadakı terror Türkiyəyə yayılacaq" - İran XİN

"Suriyadakı terror Türkiyəyə yayılacaq" - İran XİN
Eye

Terror qrupları hazırda Suriyada məhv edilməsələr, fəaliyyətlərini Türkiyə, İordaniya və İraqa da yaya bilərlər.

Bakupost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda suriyalı və iraqlı həmkarları ilə birgə mətbuat konfransında deyib.

"Terrorçular Suriya ilə məhdudlaşmayacaq, təhlükə bütün regiona yayılacaq və İordaniya, Türkiyə, İraq kimi digər ölkələrə də keçəcək. Terrorla o, boy atmamış mübarizə aparılmalıdır, əks halda ətraf bölgələrə də yayılacaq. Əgər təhlükəsizliyimizi istəyiriksə, qonşularımızı da terrordan qorumalıyıq”, - deyə Əraqçinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.

Diplomat əlavə edib ki, "sionist rejimin (İsrail) Suriya böhranındakı roluna məhəl qoymayan hər kəs səhv edir”.

Əraqçi yenidən Suriyada silahlıların fəallaşmasını “Amerika-İsrail sui-qəsdi”nin nəticəsi adlandırıb və qeyd edib ki, “səssiz qalan və ya bu terror aktlarına dəstək verən ölkələr cavab verməlidir”.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar