Ru
14:35 / 18 Dekabr 2024

Suriyadan ciddi dönüş: BMT-də Rusiyaya dəstək vermədi

609

"Rusiya Suriyanın dəstəyini itirib".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.



Onun sözlərinə görə, BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub:

"Suriya ilk dəfə olaraq Rusiyaya dəstək verməyib. Bu ölkə nümayəndəsi səsverməyə qatılmayıb. Halbuki Suriya BMT-də daim Rusiyanın mövqeyindən çıxış edirdi. Əsədin devrilməsi ilə Moskva azsaylı müttəfiqlərindən birini itirib".
Ş.Cəfərli qeyd edib ki, Şamdakı müvəqqəti hökumətin nümayəndəsi Rusiyanı Suriyadakı mövcudiyyətinə və maraqlarına yenidən baxmağa çağıraraq onun hərbi bazalarının ölkədə qalmasına isti yanaşmadıqlarına işarə etmiş olub.
Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar