Ru
17:59 / 01 İyul 2024

Suriyalıdan rəzil hərəkət: Kayseridə iğtişaşlar - 67 nəfər saxlanıldı - VİDEO

1014
Türkiyə polisi Kayseridəki iğtişaşlara görə 67 nəfəri saxlayıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Əli Erilkaya məlumat verib.

Qeyd edək ki, Kayseridə Suriya vətəndaşı uşaq istismarına görə nəzarətə götürülüb. Yerli sakinlər bu hadisə ilə əlaqədar iğtişaşlar törədiblər.

“Bazar günü axşam saatlarında Kayseridə qohumunun azyaşlı qızına təcavüz edən Suriya vətəndaşının yerli sakinlər tərəfindən tutularaq təhlükəsizlik qüvvələrinə təhvil verilməsindən sonra bəzi vətəndaşlarımız qanunsuz hərəkət edərək Suriya vətəndaşlarına məxsus evlərə, iş yerlərinə və avtomobillərə ziyan vurublar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 67 nəfər saxlanılıb”, – nazir X.-də yazıb.

Qeyd edək ki, Kayseridəki iğtişaşlar Türkiyədə geniş rezonans doğurub. Rəsmi məlumatlara görə, ölkədə 3 milyondan çox suriyalı qaçqın yaşayır.





Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər