Ru
15:10 / 09 Dekabr 2024

"Suriyanın parçalanmaq təhlükəsi var" - Zərdüşt Əlizadə

"Suriyanın parçalanmaq təhlükəsi var" - Zərdüşt Əlizadə
1531

Müxalif qüvvələrin Əsəd rejimini devirməsi təkcə Yaxın Şərqdə deyil, bütün dünyada ciddi reaksiyalara səbəb oldu. İndi hamı Suriyanın yeni hakimiyyənin regionda maraqları olan dövlətlərlə münasibətləri necə quracağı, eləcədə yeni hökumətin formalaşması prosesini diqqətlə izləyir.

Bəs, hakimiyyət dəyişikliyi Suriya xalqına nə vəd edir? Buradakı proseslər hansı ssenarilər üzrə inkişaf edə bilər?

Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran Zərdüşt Əlizadə bildirib ki, Dəməşqdə hakimiyyətə gələn "Heyət Tahrir əş-Şam" beynəlxalq miqyasda terrorçu təşkilat kimi tanınır:

“Onun rəhbəri Əbu Məhəmməd əl-Colani terrorçu kimi axtarışdadır. Lakin o, hazırda Dəməşqdə hakimi-mütləqdir. Colani elan edib ki, Suriyanın bütövlüyünü qoruyacaq, orada yaşayan insanların inanclarına, siyasətçilərinə hörmət edəcək. Amma Suriyada vəziyyət çox gərgindir. Çünki əməli olaraq Suriyada hakimiyyətə tabe olmayan, ABŞ tərəfindən dəstəklənən kürdlər var. ABŞ təlimatçıları onlara pul verir, dəstəkləyir və silahlandırır. Orada Türkiyə tərəfindən dəstəklənən türkmənlər var ki, onlar da müəyyən siyasi imtiyazlar tələb edəcəklər. Bundan əlavə, ərəblər də özlərinə imkanlar tələb edəcəklər. Buna görə də Colani çox çətin bir vəziyyətdədir. Gərək o danışıqlar aparsın. Xarici dövlətlərin – ABŞ, Səudiyyə, Türkiyənin Suriyada maraqları var. Bu, Colani üçün mürəkkəb bir tənlikdir, gərək onu həll edə bilsin”.



Politoloqun sözlərinə görə, Suriyanın parçalanmaq təhlükəsi var:

“Ölkə ağır iqtisadi böhran vəziyyətindədir. Ora qayıdan qaçqınların mənzil, iş problemlərini həll etmək lazımdır. Digər tərəfdən, İsrail Suriyanın bir hissəsini işğal edib. Colani bütün bu problemləri həll etməlidir".

Rəhman, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar