Ru
21:40 / 28 İyun 2024

“Sürücü o nişanı lupayla axtarmalıdır?” - Ekspertdən cərimələrlə bağlı sərt reaksiya

1656
“Cərimələrin artırılmasıyla bağlı müəyyən yanaşmalar var. Onların bir hissəsini müsbət qarşılaya, digər hissəsini isə uyğun saymaya, icra mexanizminin problemli olacağanı deyə bilərik. Elektrikli nəqliyyat vasitələri və velosipedlərin düzgün park edilməməsinə görə cərimə nəzərdə tutulub. Bu cəriməni necə həll edəcəklərləri sual altındadır. Buna görə 10 manat cərimə nəzərdə tutulur. Həmin nəqliyyat vasitələrini əsaəsn, 14 yaşından yuxarı yeniyetmələr idarə edir və 16 yaşına qədər heç kim inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda cəriməni necə tətbiq edəcəklər?”




Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol hərəkəti ilə bağlı qəbul olunan yeni cərimələr haqda danışarkən deyib.


Onun sözlərinə görə, cərimələrin icra mexanizmində problemlər ola bilər:


“Avtobus zolaqlarıyla bağlı məsələ çox ciddidir, ictimai nəqliyyatın inkişafı baxımından bu zolaqların daim işlək və boş olması vacibdir”.


Ekspert bəzi sürücülərin kameraların yerini əzbər bildikləri üçün qayda pozduqlarını deyib:


“Kamera olmayan yerdə avtobus zolağına girirlər, qayda pozurlar və ictimai nəqliyyatın hərəkətini iflic edirlər. Bu insanlarla necə mübarizə aparılacaq? Hər yerdə kameralar yoxdur, cərimə sanksiyası da kifayət qədər ağır oldu”.


O, əlil vətəndaşların avtomobillərinin parklanma yerində digər nəqliyyat vasitəsinin saxlanmasıyla bağlı qəbul edilən qərarın da qüsurlu olduğunu bildirib:


“Bu cərimə 10 manat idi, amma indi 60 manat oldu. Bu, kifayət qədər ağır sanksiyadır. Burada bir çox qüsurlar var. Asfalt üzərinə əlil arabasının şəklini çəkirlər və o çəkdikləri keyfiyyətsiz boya da silinib gedir. İndi sürücü o şəkili lupayla axtarmalıdır? Qış aylarında qar yağarkən də o nişanlar görünməz ola bilər”.

E.Muradlı enerji doldurulması üçün parklanma yerlərinin olmasının vacib olduğunu deyib. O, sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edənlərin sayının günbəgün artıdığını bildirib:

"Ona görə də sürücülük hüququ olmayan şəxslərin 200 manat cərimə edilməsinin hüquqi əsası var".
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər