Ru
11:03 / 07 Noyabr 2024

Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq

Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq
Eye

8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.

Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.

Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar