Ru
18:31 / 06 İyul 2022

Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO

Tahir Əmiraslanov əsəbiləşib  yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO
15440

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı, kulinariyaya aid yüzlərlə kitabı yandırıb.


Bakupost.az xəbər verir ki, o kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.


Kitabları yandırmasının səbəbini isə belə izah edib:


"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".

İzləyicilər onu sakitləşdirməyə çalışıb.

Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.



Aygün Musayeva
BakuPost

Şərhlər
  • t.ədalət

    Tahir Əmiraslanov vəzifəsindən haqsız uzaqlaşdırıldı.Bu adam ermənilərə qarşı ciddi mübarizə aparan bir kulinar idi.Görünür,ermənilər onu işdən çıxardıb yerinə bir diletant gətirməkdə maraqlı imişlər.Orxan yaxşı oğlandır.Atası Fikrət Sadıq da gözəl insan idi.Ancaq Orxan Qorki adına ədəbiyyat institutunu bitirib.Bu məktəb ali və orta ixtisas vermirdi.Peşə məktəbi səviyyəsində sovet ideologiyasını öyrədirdi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar