"Lion"un işi çətin olacaq.
Bunu
Bakupost.az bildirir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-off şansları ilə bağlı da danışıb:
"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, "Qarabağ" yaxşı formadadır. Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. "Köhlən atlar" IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1.