Ru
17:17 / 11 Aprel 2025

Tahir Kərimli sədrlikdən gedəcək: Varisi kim olacaq?

Tahir Kərimli sədrlikdən gedəcək: Varisi kim olacaq?
Eye

Vəhdət Partiyasının sədri Tahir Kərimli rəhbərlikdən getmək qərarını verib.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib.

Onun sözlərinə görə, Tahir Kərimli sədrlikdən getsə də, Vəhdət Partiyasının lideri kimi fəaliyyət göstərəcək:
"Tahir müəllim hər həftənin 2-3 günü partiyada olur, müzakirələrdə iştirak edir. Onun sədrlikdən getməsini partiyanın qurultayı həll edir. Düzdür, Tahir müəllim deyib ki, 70 yaşı olanda sədrlikdən gedəcək, amma biz onu getməyə qoymuruq. Hələ onun 70 yaşına iki ilə yaxın müddət var".

"Tahir Kərimli sədr kimi yerinə varis olaraq kimi hazırlayır" sualına Fəxrəddin Ağazadə belə cavab verib:

"Bu məsələ partiyada hələ aktual deyil. Daha doğrusu bu fikiri üzvlərimiz hələ yaxın buraxmır. Bu kollegial bir məsələdir, partiyanın Baş Məclisi var. Qurultay çağırılmalı, məsələ müzakirə edilməli və sonra sədr postuna seçki keçirilməlidir. Mən partiya sədr olmayacam, çünki aramızda az yaş fərqi var. Əgər Tahir müəllim getsə, yerinə gənclərdən biri seçiləcək. Sədrlik ağır və məsuliyyətli işdir".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar