Ru
20:00 / 27 Avqust 2024

Tahir Mirkişili, yoxsa Mirmahmud Mirəlioğlu? - Sumqayıt və Abşerondan kimlər mandat alacaq...?

2728

42 saylı Sumqayit birinci Seçki Dairəsindən 11 nəfərin namizədliyi qeydə alınıb.

Burada mandat uğrunda 8 bitərəf, 3 partiya təmsilçisi mübarizə aparacaq.



Partiyalardan YAP (sabiq deputat Hicran Hüseynova), VHP (Əyyub Qiyas) və KXCP (Rəyasət Bağırov) bu dairədən namizəd irəli sürüblər. Əsas mübarizənin şair Əyyub Qiyasla hakim partiyanın namizədi Hicran Hüseynova arasında olacağı gözlənilir, ikincinin qələbə şansının daha yüksək olduğu ehtimal edilir.



43 saylı Sumqayıt ikinci Seçki Dairəsində də namizədlərin sırası genişdir - 11 nəfər. Bu dairədən YAP, Müsavat, KXCP, VP, VHP, Ağ Partiya və HƏP namizəd irəli sürüblər. Bitərəf namizədlərin sayı 4-dür. Əsas mübarizənin Mirmahmud Mirəlioğlu (Fəttayev)) ilə YAP-ın namizədi Tahir Mirkişili arasında olacaq.



44 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən isə seçi yarışına 3-ü partiya (YAP, AVP, ƏHD), 5-i bitərəf olmaqla 8 nəfər qatılıb. YAP-ın bu dairədən namizədi Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyevadır. Əsas mübarizənin 3 partiya təmsilçisi arasında gedəcəyi gözlənilir. Təxminlərə görə, bu dairəni Milli Məclisdə Mehriban Vəliyeva təmsil edəcək.


45 saylı Sumqayıt dördüncü Seçki Dairəsindən seçki mübarizəsinə 7 namizəd qoşulub. Onlardan 5-i bitərəfdir. Partiyalardan bu dairədən YAP Naib Hacıyevin, ƏHD isə Azər Qasımovun namizədliyini irəli sürüb. Bu dairədə YAP-ın namizədi Naib Hacıyev və Prezident Administrasiyasının sektor müdiri Səbinə Salmanovanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir.

46 saylı Sumqayıt beşinci Seçki Dairəsindən seçkiyə 6 namizəd qatılıb. Onlardan 1-i siyasi partiya (YAP-dan Elnarə Akimova) təmsilçisi, 5-i bitərəfdir. Bitərəf namizədlərin o qədər də tanınan fiqurlar olmadığını nəzərə alsaq, YAP-ın namizədinə qələbəsini təmin etmək o qədər də çətin olmayacaq.

47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən seçkiyə 7 namizəd qatılıb. Onlardan 2-si siyasi partiya (YAP-dan Musa Mustafayev, VHP-dən Lətafət Həsənova) təmsilçisi, 5-i isə bitərəfdir. Bu dairədə əsas mübarizə YAP, VHP təmsilşiləri və Azərbaycanın CAR-dakı səfirliyinin müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov arasında gedəcəyi gözlənilir. Sonuncunun digər rəqiblərini üstələyəcəyi proqnozlaşdırılır.

48 saylı Abşeron birinci Seçki Dairəsində də namzidələrin sayı çox deyil - 6 nəfər. Deputatlığa iddialılarıdan 3-ü siyasi partiya (YAP-dan Nigar Məmmədova, AXP-dən Məzahir İsrayılov, Ağ Partiyadan isə Rəhim Əhmədzadə) təmsilçisi, 3-ü isə bitərəfdir. Bu dairədən YAP-ın namizədi, “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədovanın öz rəqiblərini üstələyəcəyi gözlənilir.
49 saylı Abşeron ikinci Seçki Dairəsindən də 6 nəfər deputatlığa iddialıdır. Onlardan 1-i siyasi partiya (YAP-dan Faiq Xudayev) təmsilçisi, 5-i isə bitərəfdir. Əsas mübarizə namizədlərdən YAP-çı Faiq Xudayev və bitərəf Rizvan Nəbiyev arasında olacaq. Rizvan Nəbiyevin şansının daha böyük olduğu bildirilir. Qeyd edək ki, R.Nəbiyev XİN-in linqivistik təminat idarəsinin rəisidir.

50 saylı Abşeron üçüncü Seçki Dairəsində 7 namizəddən 4-ü siyasi partiya (YAP-dan Ramid Namazov, ƏHD-dən Niyaməddin Orduxanlı, HƏP-dən Bildirçin Davudova, AVP-dən Nuranə Axundova Nuranə Tofiq qızı) təmsilçisi, 3-ü isə bitərəfdir. Bu dairədə əsas mübarizənin YAP və ƏHD təmsilçiləri Ramid Namazovla Niyaməddin Orduxanlı arasında gedəcəyi bildirilir. Müşahidəçilər R.Namazovun şanslarını daha yüksək qiymətləndirir.



51 saylı Şirvan Seçki Dairəsi namizədlərin çoxluğu ilə diqqəti çəkir. Belə ki, bu dairədən 11 nəfər namizədliyini irəli sürüb. Onlardan 5-i partiya (YAP, KXCP, VHP, REAL, VP) təmsilçisi, 6-sı bitərəfdir. Bitərəflərdən birinin namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülüb. Bu dairədən YAP-ın namizədi sabiq nazir, Hesablama Palatasının keçmiş sədri, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovdur.

Bu dairədə əsas mübarizənin YAP, KXCP və VHP-nin namizədləri arasında gedəcəyi, onlardan hakim partiyanın namizədi Heydər Əsədovun şansının yüksək olduğu bildirilir.


Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar