Ru
22:43 / 12 Mart 2024

Taksi sürücüsü işləyən aktyor: “Seriallar üçün verilən pul azdır” - VİDEO

2788
Hərdən evə yorğun gələndə, deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində taksi sürücüsü kimi də çalışan aktyor İlyas Əhmədov deyib.

Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb:

“Teatrdan üç-dörd il uzaqlaşmalı oldum. Kreditlərim var idi. Borclarım yığılıb qalmışdı. İşləyib onları ödəməyə çalışıram”.

O, Azərbaycan seriallarında çəkilməməsinin səbəbinə də aydınlıq gətirib:
“Teatrda işim çoxdur. Həm də taksi ilə başım dincdir. Seriallarda çəkilmək üçün verilən pul azdır. Həm də gərək yaltaqlıq edəsən”.

İ.Əhmədov Prezident mükafatçısı olduqdan sonra bəzi həmkarlarının onu sosial şəbəkələrdə izləmədən çıxardıqlarını da vurğulayıb.

Ətraflı süjetdə:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar