Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:10 / 02 Sentyabr 2024

Taksilərə avtobus zolağına daxil olmağa icazə veriləcək? - Açıqlama

2405
“Paytaxt yollarında avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkəti üçündür. Məqsəd pik saatlarda vətəndaşların mənzil başına rahat çatmasını təmin etməkdir. Bu zolaqla yalnız ictimai nəqliyyat seqmentinə daxil olan avtobuslar hərəkət edə bilər. Şəhərlərarası və yaxud turist avtobusları, o cümlədən mikroavtobuslar avtobus zolaqlarına daxil ola bilməzlər”.




Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda avtobus zolaqları ilə bağlı yeni təkliflər var. Taksi fəaliyyəti tam leqallaşdıqdan sonra damında taksi fənəri olan nəqliyyat vasitələrinin avtobus zolağı ilə hərəkət etməsi mümkün olacaq:

“Müəyyən dövrdən sonra taksi fəaliyyəti tam leqallaşmalı, taksilərin üzərində fərqləndirici nişanlar olmalıdır. İctimai nəqliyyatda çalışan mikroavtobus varsa, onun da üzərində fərqləndirici nişanlar olmalıdır ki, onlar cərimə olunmasın. Hələlik belə bir fərqləndirici nişanlar olmadığı üçün nə mikroavtobuslar, nə də taksilər həmin zolağa daxil ola bilməzlər. Qeyd edim ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 75 km-dən çox olan xüsusi hərəkət zolaqları təşkil edilib. Bu zolaqlara şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar