Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:17 / 14 Dekabr 2024

Talışınskinin qərarı qanunsuz imiş: şöbə müdiri işə bərpa edildi

939

Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib.

Bakupost.az -ın məlumatına görə, hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən iclasda Ş.Şahbazovun iddiası qismən təmin edilib.

Belə ki, məhkəmə iddiaçının işdən çıxarılma prosesindəki qanun pozuntularını təsdiq edərək iddianı əsaslı sayıb. Hakim Ş.Şahbazovun işdən çıxarılması haqqında əmrin ləğvi, işəbərpa və məcburi işburaxma üçün əməkhaqqının tutulması tələbinə dair iddianın təmin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Ş.Şahbazov direktor Rüstəm Talışinski və Səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya sxemlərində iştirak etmələri, tender keçirmədən protezlər almaları, xəstəxanada işləyən bəzi şəxslərin adlarının maaş siyahısında olması, lakin faktiki olaraq işə gəlməmələri, onların maaş kartlarının başqa şəxslərdə olduğu və s. barədə ittihamlar irəli sürmüşdü.
O, məhkəməyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edərək, onların nəzərə alınması və işin prokurorluğa göndərilməsini xahiş etmişdi.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar