Ru
23:17 / 22 Yanvar 2025

Hakimin kitabı çap olundu - FOTO

Hakimin kitabı çap olundu - FOTO
Eye

Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılovun “İnzibati müqavilə - Hüquqi təbiəti, tətbiq dairəsi və məhkəmə aidiyyəti” adlı kitabı çap olunub.

Bakupost.az xəbər verir ki, kitabda ayrı-ayrı ölkələrin bu sahədə məhkəmə təcrübəsi, həmçinin inzibati müqavilələrlə bağlı münasibətləri tənzimləyən qanunvericilik normalarının işığında inzibati müqavilə institutu təhlil edilir. Belə ki, kitabda inzibati müqavilə institutunun inkişaf tarixindən, inzibati müqavilənin hüquqi təbiətindən, onun mülki hüquqi müqavilədən fərqləndirilməsindən və məhkəmə aidiyyətindən bəhs olunur.

Eyni zamanda kitabda milli qanunvercilik kontekstində inzibati müqavilələrin xüsusiyyətlərini özündə əks etdirən müqavilələr təhlil olunur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar