Ru
22:40 / 24 Mart 2025

Tanınmış idmançının qatili Şamaxıda öldürüldü - FOTO

Tanınmış idmançının qatili Şamaxıda öldürüldü - FOTO
Eye

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.
Fotoda: Orxan Hacıyev
***

Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atasının qarşı tərəfdən şikayətçi olmadığı bildirilib.

Fotoda: Ruslan Surxayev

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar