Ru
12:02 / 19 Noyabr 2024

"Tapşırıqlar hökumətə göndərilib" - NAZİRDƏN AÇIQLAMA

 "Tapşırıqlar hökumətə göndərilib" - NAZİRDƏN AÇIQLAMA
Eye

"Yaxın günlərdə gələn ilin büdcə zərfi çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan növbəti sosial islahatlar paketi müzakirə olunacaq".

Bakupost,az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Nazir bildirib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib: “Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən Sığorta Fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq. Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 % çoxdur"

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar