Ru
18:45 / 07 Aprel 2025

Tariflər dünyanı çalxaladı - Qlobal iqtisadi müharibə genişlənir

Tariflər dünyanı çalxaladı - Qlobal iqtisadi müharibə genişlənir
Eye

ABŞ prezidenti Donald Trump qlobal bazarda intensiv satışlara qəsdən səbəb olmadığında təkid edib. Lakin o, ABŞ-nin ticarət kəsirini aradan qaldırmaq məqsədini bir daha təsdiqləyib.

Bakupost.az Euronews -a istinadən bildirir ki, cümə günü Çinin cavab tarifləri, başqa sözlə, bütün ABŞ mallarına 34% idxal rüsumları tətbiq etməsi qlobal ticarət müharibəsində böyük bir eskalasiyaya səbəb olub.

Məsələyə reaksiya verən ABŞ prezidenti "Mən heç nəyin aşağı düşməsini istəmirəm, amma bəzən nəyisə düzəltmək üçün dərman qəbul etməlisən” deyib.

O bildirib ki, ABŞ Çin ilə ticarət kəsirini həll etməlidir:

"Əgər bu problemi həll etməsək, mən razılığa gəlməyəcəyəm".

Tramp Avropadan maliyyə təzminatı da tələb edib: "Avropaya böyük tariflər qoyuruq. Onlar masaya gəlirlər, danışmaq istəyirlər, amma hər il bizə çoxlu pul ödəməlidirlər, təkcə indiyə görə deyil, həm də keçmiş üçün"...

Cavidan Salmanov,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar